Git
Chapters ▾ 2nd Edition

1.2 Başlanğıc - Git’in Qısa Hekayəsi

Git’in Qısa Hekayəsi

Həyatdakı bir çox gözəl şey kimi, Git yaradıcı sonlanma və atəşli müzakirələrlə yarandı.

Linux kerneli kifayət qədər geniş əhatə dairəsinə sahib olan açıq qaynaq kodlu proqram təminatıdır. Kernelin təmiri zamanlarının əksəriyyətində (1991-2002), proqram təminatına edilən dəyişikliklər yamaqlar və arxiv faylları əsasında olmuşdur. 2002-ci ildə, Linux kernel proyekti BitKeeper adlanan xüsusi paylanmış versiya nəzarət sistemindən istifadə etməyə başlamışdır.

2005-ci ildə, Linux kernelini kodlayan cəmiyyət ilə BitKeeper ticarət şirkəti arasında əlaqələr pozuldu və alətin havayı statusu geri qayıtdı. Bu Linux proqramçı cəmiyyətinə (və xüsusiylə Linuxun yaradıcısı olan Linus Torvals) BitKeeperdən öyrəndikləri dərslər əsasında özlərinə aid alət proqramlamağa başladılar. Yeni sistem üçün bəzi hədəflər aşağıdaki kimi idi:

  • Sürət

  • Sadə dizayn

  • Qeyri-xətti proqramlaşdırma üçün güclü dəstək (yüzlərlə paralel budaqlar)

  • Təmamilə paylanma

  • Linux kerneli kimi iri həcmli proyektləri effektiv şəkildə idarə edə bilən (sürət və məlumat ölçüsü)

2005-ci ildə yarandığından bu yana, Git əvvəlki keyfiyyətləri saxlamaqla daha asan isifadə edilə biləcək şəkildə inkişaf edib. O heyrətamiz şəkildə sürətlidir, o böyük proyektlərlə həddən artıq effektlidir və qeyri-xətti proqramlaşdırma üçün inanılmaz budaq sistemi mövduddur. (Baxın Git’də Branch).

scroll-to-top